21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
ÜST-ün baş direktoru da karantinə gedir

ÜST-ün baş direktoru da karantinə gedirÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus yaxın zaman ərzində özünütəsrid rejiminə əməl edəcəyini deyib.

gununnebzi.az bildirir ki, Bu barədə o, “Twitter” hesabında yazıb.

“COVID-19 testi müsbət çıxan şəxslə təmasda olduğum müəyyənləşdirilib”, - deyə o qeyd edib.

Qebreisus bildirib ki, özünü yaxşı hiss edir və onda xəstəlik əlamətləri yoxdur:

“Önümüzdəki günlərdə ÜST protokollarına uyğun olaraq təcrid olunacağam və evdən işləyəcəyəm”.

O qeyd edib ki, koronavirusun yayılmasına qarşı bütün tələblərə aydın şəkildə əməl olunması vacibdir.

“Məhz bu şəkildə COVID-19-un ötürülmə zəncirini qıracağıq” , - ÜST-ün direktoru bildirib.


Tarix: 3-11-2020, 11:25 Oxunub: 126


Bölməyə aid digər xəbərlər