20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Alimlərdən yeni ölümcül xəstəlik barədə XƏBƏRDARLIQ

Alimlərdən yeni ölümcül xəstəlik barədə XƏBƏRDARLIQAmerikalı elm adamları yarasalardan insanlara ötürülən Nipah virusunun yeni ölümcül xəstəliyin baş verməsi ilə nəticələnə biləcəyini söyləyib.

GununNebzi.az xəbər verir ki, tədqiqatın nəticələri “Express” nəşri tərəfindən yayılıb.

Mütəxəssislər hər il bu infeksiyaya yoluxma hallarının qeydə alındığı Banqladeş və Hindistanda onların tezliyinin artdığı barədə xəbərdarlıq edib. Əvvəllər virusun meyvələr çox olan ərazilərdə yayıldığı düşünülürdüsə, indi bu, bir şərt deyil. Alimlər epidemiyanın Cənub-Şərqi Asiyanın hər yerində baş verə biləcəyini söyləyirlər.

Nipah virusu beyin iltihabına və ya tənəffüs xəstəliklərinə səbəb ola bilər. Xəstəlik insanlara yoluxmuş heyvanın tüpürcəyinin meyvələr üzərinə düşməsi ilə ötürülür. İnfeksiya koronavirus kimi insandan insana asanlıqla keçmir, ancaq yarasalardakı virus ştammı dəyişə bilər.

Bu xəstəliyin müalicəsi və peyvəndi yoxdur, ölüm faizi isə 90 faizdir./publika.az


Tarix: 9-11-2020, 15:06 Oxunub: 163


Bölməyə aid digər xəbərlər