09:23 / 06-11-2024
Sumqayıtda qadın qaynı arvadı tərəfindən bıçaqlandı
07:12 / 06-11-2024
Xəzərdə suitilər kütləvi şəkildə tələf olur
07:09 / 06-11-2024
Nəzakət Məmmədovaya 13 illik həbs cəzası VERİLDİ
07:02 / 06-11-2024
Xaçmazda qəza nəticəsində ölənlərin kimliyi məlum oldu -YENİLƏNİB
06:50 / 06-11-2024
Vətən müharibəsi iştirakçısı vəfat etdi
06:46 / 06-11-2024
Tramp bu ştatlarda qalib gəlib - Yenilənir
00:43 / 06-11-2024
Qayınata gəlinini sevgilisi ilə tutdu - Samuxdakı qətlin DETALLARI
23:29 / 05-11-2024
İsrailin müdafiə naziri vəzifəsindən azad edildi
20:11 / 05-11-2024
Bakı, Sumqayıt və Abşeronda pensiyalar bu tarixdə ödəniləcək
20:07 / 05-11-2024
Azərbaycan Ermənistanın təkliflər paketinə cavab verib
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
18:06 / 05-11-2024
Baş nazirdən bu qurumla bağlı - Qərar
18:02 / 05-11-2024
Həmin uşaq evlərinin işçiləri cəzalandırıldı - Zorakılıq olub
18:00 / 05-11-2024
Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - Fotolar
17:49 / 05-11-2024
Salyanda məktəbli intihar etdi
13:30 / 05-11-2024
İcra başçısının bacısı oğlu qəzada öldü
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
10:09 / 05-11-2024
Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanıldı
10:08 / 05-11-2024
Küləkli havaya görə sürət həddi endirildi
10:06 / 05-11-2024
Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq etdi
10:05 / 05-11-2024
Prezidentdən sammit iştirakçılarına müraciət
07:20 / 05-11-2024
Maşının nömrəsini oğurlayıb “Range Rover“ə bağladılar
07:17 / 05-11-2024
“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər”
07:15 / 05-11-2024
“Onlar bundan nəticə çıxarmalıdırlar” - Ramil Usubov
01:33 / 05-11-2024
ABŞ seçkilər zamanı Milli Qvardiyanın köməyindən istifadə edəcək
01:27 / 05-11-2024
Bu şəxslərə pulsuz viza veriləcək
23:44 / 04-11-2024
Etibarnamə ilə bağlı ənənəvi problem həll olundu - DİN-dən yenilik+Video
18:22 / 04-11-2024
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:17 / 04-11-2024
Xanlar Vəliyev Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdü - Fotolar
Dükan-bazarlardakı qiymətlərə koronavirus təhdidi - satıcılar deyir ki...
“Novruz bayramı öncəsi İrandan gətirilən məhsulların bahalaşması ehtimalı var...”
Çindən dünyaya yayılan yeni koronavirus həm insanların sağlığı, həm də ölkələrin iqtisadiyyatı üçün ciddi təhdidə çevrilib. Artıq rəsmi şəkildə Azərbaycanda da koronavirusa yoluxan şəxsin olduğu açıqlandı. Bizimlə qonşu ölkələrdə də artıq bu virusa yoluxanlar mövcuddur.
Xüsusilə də İranda koronavirusa yoluxanların sayı sürətlə artır. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İranda koronavirusun yayıldığı əyalətlərin sayı 22-yə çatıb. Bildirilib ki, ölkədə 26 nəfər koronavirusun qurbanı olub, 245 nəfərə virus diaqnozu qoyulub, 54 nəfər isə sağalaraq evə buraxılıb. İranda cəmi 31 əyalətin olduğunu nəzərə alsaq, 26 əyalətdə bu virusun yayılması kifayət qədər ciddi göstərici sayılır.
Bu ölkə ilə sərhədlərimiz bağlı olmasa da, “Yeni Müsavat”ın reportyor qrupunun hazırladığı reportajdan aydın olur ki, insanlar özləri həyatlarını təhlükəyə atmamaq üçün sərhədi keçib İrana getmir. Məlumdur ki, Azərbaycandan İrana daha çox bizneslə, xırda ticarətlə məşğul olanlar üz tutub, oradan mal gətirirdilər. Bəs belə olduğu halda Azərbaycan bazarında məhsulların qiyməti bahalaşıbmı?
Məlumat üçün bildirək ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 446 milyon dollardır. Bunun 404,8 milyon dolları İrandan Azərbaycana idxaldır, 31,2 milyon dolları Azərbaycanın İrana ixracıdır. İdxal çox olduğu üçün ekspertlər hesab edirlər ki, hazırda İranda koronavirusun yayılması səbəbindən sərhədlər bağlanarsa, ciddi bahalaşma müşahidə edilə bilər. Bu müddət nə qədər uzanarsa, bazarda vəziyyət bir o qədər pisləşər.
“Yeni Müsavat”ın reportyor qrupu olaraq mağazalarda, təşkil edilən yarmarkalarda qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, Novruz bayramı ilə əlaqədar Bakıda artıq çadırlar qurulub, yarmarkalar təşkil edilib. Ötən ildən fərqli olaraq bu il yarmarka çadırları daha erkən fəaliyyətə başlayıb. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, hazırkı qiymətlər yüksək deyil, lakin bayrama doğru qiymətlərdə artım olacaq. Hazırda yarmarkada qozun 1 kiloqramı 8 manatdan başlayıb, 12 manata qədər dəyişir. Yarmarkada satıcılar bildirdilər ki, çərəzləri daha çox yerli məhsuldur. Eyni zamandan xarici ölkələrdən də məhsul gətiriblər.
Onların sözlərinə görə, İrandan gətirdikləri məhsullar koronavirus yayılmamışdan öncəyə aiddir: “Hazırda İrana getmək çətinləşib. İnsanlar özləri getmək istəmirlər. Heç mən də indiki vaxtda İrana getmərəm. Hər kəs malı ötən aylarda gətirib. Əlimizdə mal olduğu üçün fevral ayından işə başlamışıq. Adətən hər il fevralın əvvəlində mal gətirib, martın əvvəlindən satışa çıxarırdıq. Bu il isə bir qədər tez satışa başladıq. Hesab edirəm ki, hazırda qiymətlər normaldır. Ancaq bir neçə gün sonra bahalaşacaq. Çünki camaatın əlində mal qalmır. İrana getmək də mümkün olmadığı üçün bir-birilərindən alıb, üstünə də çörək pulunu qoyub sonra satacaqlar. Hazırda mağazalarda qoz 4 manata satılır. Həmin qoz Ukrayna qozudur. Biz Qəbələ qozunu satırıq və qiyməti də 8 manatdan başlayır. Eyni zamanda fındıq 8-10 manat, şabalıdın kiloqramı 10 manat, qaysı 8-15 manat, kişmiş 10-25 manat, xurma isə 8-15 manatdır. Əksər çərəzlərimiz yerlidir. Ancaq adətən kişmiş, düyü, meyvə quruları və çərəzləri İrandan gətirirlər. Mağazalarda satılan məhsulların qiymətində buna görə artım olacaq”.
Mağazalarda (iri supermarketlər) düyünün, kişmişin, meyvə qurularının qiymətində hələ ki, artım yoxdur. Əksinə, bu kimi bir çox məhsulların qiymətində mart ayına qədər endirim tətbiq edilib. Meyvələr də mağazalarda yarmarkadan daha ucuz qiymətə satılır. Belə ki, qoz ləpəsi 7-18 manat, fındıq ləpəsi 13-15 manat, badam 7-8 manat, badam ləpəsi 20-23 manat, qara kişmiş 9-17 manat, sarı kişmiş isə 6-14 manata satılır. Düyülər də növündən asılı olaraq fərqli qiymətədir.
“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, irəliləyən günlərdə İrandakı koronavirus səbəbindən qiymətlər qalxa bilər: “Ötən il təxminən yarım milyardlıq İrandan Azərbaycana məhsullar gətirilib. Ancaq, bundan daha önəmlisi sərhədyani ticarətdir ki, bu ticarət rəsmi rəqəmlərdə öz əksini tapmır. Ona görə də dəqiq rəqəmlərə çıxmaq mümkün deyil. Sərhədyani bölgələrdə yaşayan insanların İran ərazisindən bazarlıq edib, qayıtması faktını hər hansı statistik göstəricilərlə təyin etmək olmur. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, təbii ki, İrandan gətirilən məhsulların və onların analoqlarının başqa ölkələrdən daha baha olduğunu nəzərə alsaq, bu, Azərbaycanda qiymətlərə təsirsiz ötüşməyəcək. Təbii ki, Çindən gətirilən məhsulları da üzərinə gəlmək lazımdır. Ötən il 1. 5 milyard dollarlıq məhsul gətirilib. Hazırda Çindən gətirilən məhsullarda da müəyyən axsamalar var. Bu, ölkə bazarına ciddi təsir edə bilər. Artıq bu kimi vəziyyətlərin bazara psixoloji təsiri də müşahidə edilir. Bəzi məhsulların qiymətində 5 faiz bahalaşma var. Ancaq bu, uzun müddət davam edərsə, inflyasiya da yüksələcək. Hökumətin bu il üçün hədəfi 4 faizlik inflyasiyadır. Lakin mövcud vəziyyət daha da gərginləşərsə, virus təhdidi davam edərsə, təbii ki, Azərbaycanda 2 rəqəmli inflyasiyanı görə bilərik. Bu da Azərbaycan əhalisinin real gəlirlərinin ciddi şəkildə azalması, qiymətlərin kəskin artması ilə nəticələnə bilər. İrandan Azərbaycana daha çox yeyinti məhsulları gətirilir. Lakin eyni zamanda tikinti materialları, hazır geyim məhsulları da mövcuddur. Yəni çeşidlər çoxdur. Ancaq əsasən ərzaq məhsullarıdır. Ona görə də Novruz bayramı öncəsi İrandan gətirilən məhsulların çox ciddi şəkildə bahalaşması ehtimalı kifayət qədər yüksəkdir”.(
Bölməyə aid digər xəbərlər

Tarix: 29-02-2020, 17:30 Oxunub: 79
Bölməyə aid digər xəbərlər
12-05-2019, 08:00
Kök uşaqların sayı artır
29-02-2020, 11:00
Azərbaycanda məscidlərə tapşırıqlar verildi - Koronavirusa görə
29-02-2020, 14:30
Koronavirus ABŞ-da pivə satışına təsir etdi
29-02-2020, 09:00
Azərbaycanda kimlər koronavirusa yoluxa bilər? – Risk SİYAHISI
29-02-2020, 15:00
Koronavirus ən zənginləri də “vurdu” – 444 milyard dollar itirdilər