20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
Nazirlər Kabinetindən restoran sahiblərinə XƏBƏRDARLIQ: “Ciddi tədbirlər görüləcək”

Nazirlər Kabinetindən restoran sahiblərinə XƏBƏRDARLIQ: “Ciddi tədbirlər görüləcək”

Son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və respublikanın baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

“Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar.

Operativ qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.

Operativ qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək”, - məlumatda qeyd edilib.

Tarix: 8-06-2021, 13:11 Oxunub: 52


Bölməyə aid digər xəbərlər