gununnebzi.az Azərbaycan dünyanın bir parçasıdır və ölkəmizdə də koronavirusla bağlı tədbirlər görülür.
Bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ölkə başçısının iştirakı ilə iclas keçirilib və bildirib ki, ölkəmizin koronavirusla mübarizə üçün kifayət qədər potensialı var: "İctimai Nəzarət Şurasının yaradılması böyük hadisədir. Qloballaşan dünyada bu tip bəlaların meydana gəlməsi çoxdur və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
Azərbaycan bu mübarizədə müsbət nəticələr əldə edib. Bu, Azərbaycan prezidentinin qabaqlayıcı tədbirləri, dövlətin iqtisadi gücünün artırılması, səhiyyənin hesabınadır.
Azərbaycan bu fondu yaratmaqla koronavirusla mübarizənin incə istiqamətlərini nəzərdə tutub. Bu fond kifayət qədər şəffaf fonddur.
Əmin ola bilərsiniz ki, fonda toplanan vəsaitlərin hər manatının üzərində ciddi nəzarət olacaq. 11 mindən çox insan fonda öz dəstəyini verib".
Bölməyə aid digər xəbərlər