23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sədrdən açıqlama: "Bu şəxslər metroya buraxılmayacaq"

Sədrdən açıqlama: "Bu şəxslər metroya buraxılmayacaq"

gununnebzi.az Metropolitendən maskasız istifadə qadağandır. Bu sərnişin və işçilərdən tələb olunacaq.

Bu sözləri "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Operativ Qərargahın brifinqində deyib: "Metropolitendən yalnız icazəsi olan şəxslər istifadə edə biləcək. Stansiyalardakı oturacaqlarda sosial məsafəni qorumaq üçün xəbərdarlıq qoyulacaq. Bunlar hər birimizin əmək etməli sosial çağırışdır. Qatarlar iş günlərində maksimal intevalda çalışacaq. Metropoliten gücləndirilmiş iş rejimində hərəkət edəcək. Müvafiq işçi cədvəli qurulacaq, dezinfeksiya işləri əvvəlki sıx qrafikdə davam edəcək".

O qeyd edib ki, cari dezinfeksiya işlərində istehsalı xüsusi məişət sertifikatı ilə təsdiqlənən dezinfeksiya maddəsindən istifadə olunacaq: "Bütün səthlər gün ərzində 3 dəfədən az olmayaraq dezinfeksiya olunacaq. Əlillərin daşınması əvvəlki qayda ilə təmin olunacaq. Metropolitenin girişində sərnişinlərin tempraturu müvafiq qurğularla yoxlanılacaq".


Tarix: 8-05-2020, 17:35 Oxunub: 117


Bölməyə aid digər xəbərlər