13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
Cavanşir Feyziyev müsadirə olunan 5 milyondan danışdı
Bu günlərdə London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus milyonlarla pulun müsadirə edilməsi ilə bağlı qərar verib.
GununNebzi.az xəbər verir ki, modern.az bu kimi məsələlərlə bağlı deputatdan müsahibə alıb.
- Cavanşir müəllim, mətbuatda sizin vəkilinizə və sözçünüzə istinadən xəbər yayılıb ki, Böyük Britaniyada ailə üzvlərinizə məxsus bank hesablarının böyük bir hissəsi açılıb. Nə baş verib, məsələni geniş şərh edə bilərsiniz?
- Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır.
- Niyə sərbəst buraxılan 10 milyon vəsait şübhə doğurmadığı halda qalan məbləğ, yəni təxminən 5 milyon funt sterlinq hakimə şübhəli görünür? Sizcə, bu şübhələr nədən və haradan qaynaqlanır?
- Qalan məbləğ vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb. Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı və bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var.
- Keçən ilin sonlarına yaxın məhkəmə araşdırmasının başlanması ilə bağlı xəbər yayılanda siz mətbuata bildirmişdiniz ki, ailə üzvlərinizə məxsus vəsaitlərin qanuniliyini təsdiqləyən sənədləriniz var və ona görə də narahat deyilsiniz. Niyə həmin sənədlər bank hesablarında olan vəsaitlərin yalnız bir hissəsini, yəni 10 milyonluq hissəsini təsdiq etdi, qalan vəsaitlər üçün isə keçərli olmadı? Bunun səbəbini izah edə bilərsinizmi?
- Səbəb çox sadədir. Məhkəmə araşdırması aparılan zaman diqqət əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi. Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək.
- Amma Qubad İbadoğlu öz feysbuk səhifəsində məlumat verib ki, araşdırma davam etdiyinə görə “depozitdə qalan vəsaitlərə və əmlakınıza həbs qoyulub”. Bu barədə nə deyə bilərsiniz?
- Xarici ölkə kəşfiyyatının nökərlərinin dediklərinə şərh vermək istəmirəm. Amma onu deməliyəm ki, Qubad İbadoğlu və Cəmil Həsənli noyabr ayında məhkəmə gedişi zamanı 2 həftə məhkəmə binasının ətrafında sülənirdilər. Qərar elan olunan gün isə nə məhkəmənin içində, nə də çölündə olublar, amma qərar oxunub qurtaran kimi yalan şərhlər verməyə başlayıblar. Yazdıqları ağ yalandır. Hazırda heç bir depozit hesabımız və ya əmlakımız dondurulmayıb.
Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib. Bildirilib ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-02-2022, 10:59 Oxunub: 272
Bölməyə aid digər xəbərlər
31-01-2022, 20:53
Cavanşir Feyziyevin ailəsinin Londonda milyonlarla pulu müsadirə edildi
2-11-2021, 16:15
Deputatın Böyük Britaniyadakı milyonlarına həbs qoyulur
11-03-2021, 13:38
Kəmaləddin Heydərovun ailə şirkətləri bir-birini məhkəməyə verdi
5-03-2020, 15:00
Cavanşir Feyziyev: “Maskalara görə həbs olunsunlar”