02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Həftədə 1 gün “Avtomobilsiz gün“ elan olunsun“ - Deputatdan maraqlı TƏKLİF

“Həftədə 1 gün “Avtomobilsiz gün“ elan olunsun“ - Deputatdan maraqlı TƏKLİF

"İki gün evdə qalmağımız COVİD-19 virusunun yayılmasının əhəmiyyətli dərəcədə qarşısını almaqla yanaşı, ətraf mühitə də müsbət təsir edir".

gununnebzi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib. Deputat həftədə 1 gün "Avtomobilsiz gün" elan olunmasını təklif edib:

"Təbiətə vurulan ziyanın böyük hissəsi avtomobil mühərriklərinin payına düşür. Onun əsas mənfi təsirlərini sadalasaq, ilk növbədə iqlim deyişikliyi, hava, su və torpağın çirklənməsi, və, təbii ki, insan sağlamlığıdır. Alimlərin hesablamalarına görə qlobal istiliyin tədricən artacağı və hətta 2100-cü ilə qədər dünyada hava hərarətinin 6 dərəcə çox olacağı bildirilir. Son günlərin ən çox müzakirə olunan mövzularından olan dünyada və, eləcə də ölkəmizdə su qıtlığı, və bundan irəli gələn yararsız torpaqların payının artmasının qarşısını indi almasaq, sabah çox gec olacaq. Ümumiyyətlə, təklif edərdim ki, həftədə 1 gün "Avtomobilsiz gün" elan olunsun. Əlbəttə, söhbət şəxsi avto vasitələrdən gedir".


Tarix: 8-06-2020, 10:00 Oxunub: 86


Bölməyə aid digər xəbərlər