"20-yə yaxın toyum təxirə düşüb. Nə vaxt keçiriləcəyi bəlli deyil. Ölkədə 600-ə yaxın şadlıq sarayı var. Orada nə qədər insan çalışır. İnsanların çox hissəsinin qazancı toydandır. Qab-qacaq yuyandan tutmuş, ev təmirinə, geyimə, operatora qədər hamı toydan qazanır".
GununNebzi.az xəbər verir ki, Bu sözləri Əməkdar artist Ədalət Şükürov İTV-də "Sabahın xeyir Azərbaycan" proqramında deyib. Müğənni pandemiya ərəfəsində təxirə düşən toylarından danışıb:
"Əvvəlki yaşayış olmayacaq. Başqa bir ərəfə olacaq. Maska taxmaq üç-dörd il davam edəcək. Həyat olacaq tam fərqli.
Toy qiymətlərinə də təsir edəcək. Tək müğənnilər yox, hamı bunu nəzərə alacaq. Dörd aydır iş yoxdur. Avqustun 1-nə qədər deyilib, amma bilinmir onda açılacaq, ya yox".
Aparıcının "Yəqin müğənnilər qiymətə 50 faizə qədər endirim edərlər" sözlərinə "O da ola bilər" cavabını verib.
Bölməyə aid digər xəbərlər