21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
"AZƏRBAYCAN VİRUSUN SÜRƏTLƏ YAYILDIĞI 11 ÖLKƏDƏN BİRİDİR" - Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır

"AZƏRBAYCAN VİRUSUN SÜRƏTLƏ YAYILDIĞI 11 ÖLKƏDƏN BİRİDİR" - Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalırDünya Səhiyyə Təşkilatının (DST) məlumatında deyilir ki, son aylarda ilk dəfə olaraq Avropada həftəərzində koronavirusa yoluxmalarda kəskin artım yaşanır.

DST-nin Avropa bölümü üzrə direktoru Hans Kluge iyunun 25-də deyib ki, ayrıca olaraq 11 ölkədə yoluxmaların artan sürəti əhəmiyyətli infeksiya sıçrayışına səbəb olub. Və əgər heç bir tədbir görülməzsə, Avropanın səhiyyə sistemləri yenidən çökmə təhlükəsi ilə üzləşə bilər. DST-nin Avropa regionuna Mərkəzi Asiyadan Qərbi Avropaya qədər olan coğrafiyada 54 ölkə və 7 ərazi daxildir.

Günə 20 min yeni yoluxma və 700 ölüm

Amerika qitəsində yoluxmaların kəskin artımının baş verdiyi bir vaxtda, son həftələrdə Avropa regionunda infeksiyaların yayılmasında azalma qeydə alınmışdı. İndiyədək bütövlükdə Avropada 2.6 milyon koronavirusa yoluxma və 195 min ölüm qeydə alınıb.


Bu, bütün dünya üzrə yoluxmaların 25 faizini təşkil edir. Pandemiya başlanandan bəri Avropada COVID-19-dan 485 min ölüm qeydə alınıb ki, bu da qlobal ölümlərin 40 faizidir. DST-nin Avropa bölümü bildirir ki, hazırda bütün qitə boyunca günə 20 min yeni yoluxma və 700 ölüm qeydə alınır.

Pis proqnoz doğrulmaqdadır

Kluge deyib ki, məhdudiyyətlərin yumşaldılmasının virusun dirçəlişinə səbəb olacağına dair narahatlıqlar özünü doğruldur. Rəsmi şəxs əlavə edib ki, 30 ölkədə son iki həftədə virusa yoluxmaların artımı müşahidə olunub. Klugenin sözlərinə görə 11 ölkədə - Ermənistan, İsveç, Moldova, Şimali Makedoniya, Azərbaycan, Qazaxıstan, Albaniya, Bosniya-Herseqovina, Qırğızıstan, Ukrayna və Kosovada yoluxmaların sürətlənməsi qeydə alınıb.


DST rəsmisi deyib ki, Polşa, Almaniya, İspaniya və İsrail son bir neçə həftədə virusun qorxunc yayılmasına çevik reaksiya verə biliblər. Kluge əlavə edib ki, regiondakı səhiyyə nazirlərinin verdiyi məlumata görə getdikcə daha çox adam virusdan qorunmaq üçün davranışını dəyişməyə başlayır. Beləki sözü gedən regionda maska taxanların və fiziki məsafəyə riayət edənlərin sayı artmaqdadır.

Türkmənistan axır ki, yola gəldi

DST bunu da bildirir ki, dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistan nəhayət dünya sağlamlıq qurumunun səfərinə icazə verib.

Bundan əvvəl prezident Qurbanqulu Berdıməhəmmədov onun ölkəsində heç bir epidemiyanın olmadığını iddia etmiş, artıq may ayında qonşu Qırğızıstanda olan DST missiyasının ölkəyə səfərinə icazə verilməmişdi. Türkmənsitan rəsmilərinə və həkimlərə koronavirus barədə söhbətlər aparmaq belə qadağan olunsa da, bəzi məlumatlara görə epidemiya hazırda bu ölkənin bir çox bölgələrində tüğyan edir.


Tarix: 26-06-2020, 21:18 Oxunub: 95


Bölməyə aid digər xəbərlər