21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti əsas amildir

Əslində mənim toxunmaq istədiyim mövzu bu gün ölkənin bütün kütləvi informasiya vasitələrində kifayət qədər danışılan, müzakirə olunan bir mövzudur. Bununla belə hesab edirəm ki, yaranmış vəziyyətdə hər bir vətəndaş, xüsusilə də ölkənin ictimai-siyasi həyatının istiqamətləndirilməsində müəyyən rolu olan insanlar bu məsələyə öz münasibətini bildirməli, konkret mövqeyini ortaya qoymalı, insanlarımızın daha da maarifləndirilməsi baxımından əlindən gələni etməlidir. Söhbət əlbəttə ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin zəruri tərkib hissəsi kimi təzahür edən vətəndaş məsuliyyəti amilindən gedir.
Bu gün Azərbaycan həqiqətən də bütün dünyada həyata keçirilən qlobal pandemiya ilə mübarizə tədbirlərinin effektivliyinə görə ən öndə gedən dövlətlər sırasındadır. Koronavirus infeksiyasının ölkəmizə sirayət etdiyi ilk gündən dövlət başçımız cənab İlham Əliyev tərəfindən pandemiya ilə mübarizə şəraitində bir nömrəli prioritet kimi insanlarımızın sağlamlığı elan olundu və bu gün də görülən bütün tədbirlər məhz xalqımızın, cəmiyyətimizin mövcud vəziyyətdən ən minimal itkilərlə çıxmasına dəqiq hesablanaraq həyata keçirilir. Hamımız bilirik ki, pandemiyanın yayıldığı ilk dövrdə Azərbaycanda da əksər digər ölkələrdə olduğu kimi, dezinfeksiya və tibbi-qoruyucu vasitələrin qıtlığı mövcud idi. Lakin atılan məqsədyönlü addımlar nəticəsində bu problem qısa müddət ərzində aradan qaldırıldı. Azərbaycan bu vasitələrlə özünü tam təmin etməklə yanaşı hətta onların ixracatçısına çevrilmək imkanı əldə etdi. Bir çox dünya ölkələrinin iqtisadiyyatı pandemiya səbəbilə dərin böhran keçirdiyi bir vaxtda ölkəmizdə yeni istehsal müəssisələri açılaraq, yüzlərlə vətəndaşlarımız işlə təmin olundular.
Həmçinin Ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla dövlətimiz tərəfindən infeksiyanın qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi şəraitində vətəndaşların rifah səviyyəsinin aşağı düşməməsi, onların maddi ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçirilən əhatəli tədbirlər də xüsusi qeyd olunmalıdır. O cümlədən əhalinin aztəminatlı hissəsinə verilən birdəfəlik ödənişlər, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması, sahibkarlara göstərilən dəstək və bir çox digər layihələr də məz bu qəbildən olan tədbirlərə aiddir.
Təbii ki, pandemiya ilə mübarizə tədbirlərinin ən vacib tərkib hissələrindən biri də ölkənin səhiyyə sisteminin zəruri avadanlıq və preparatlarla təmin olunması və sistemin böhran vəziyyətində yüksək işləkliyinin təmin edilməsidir. Etiraf olunmalıdır ki, dövlətimiz tərəfindən bu istiqamətdə də vaxtında düşünülmüş qərarlar qəbul edildi və operativ şəkildə məqsədyönlü addımlar atıldı. Qısa müddət ərzində Azərbaycana müasir texnologiyaların tibb saəsində ən son nailiyyətlərinin təcəssümü olan avadanlıqlar gətirildi. Ölkədə ardıcıl olaraq, məhz koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə yeni modul tipli xəstəxanalar açıldı. Yeri gəlmişkən, sonuncu dəfə növbəti belə səhiyyə müəssisələrindən biri də Gəncə şəhərində istifadəyə verildi. Bildiyiniz kimi,
iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Yeni açılmış müəssisədə orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb və eyni zamanda da burada daha ağır simptomları olan xəstələrin qəbulu üçün müəssisənin əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Mən belə bir məqamı da xüsusilə vurğulamaq istəyirəm ki, həqiqətən də əgər son illər ərzində dövlət başçımızın göstərişiylə ölkəmizin bütün regionlarında, o cümlədən paytaxt Bakıda müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qalmış olacaqdıq.
Əlbəttə ki, mənim bu müraciətimdə Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımların hətta az bir qismi də öz əksini tapmayıb. Lakin mənim məqsədim əslində Azərbaycan xalqına, bütün vətəndaşlarımıza müraciət edərək, dövlətimiz tərəfindən görülən bu tədbirlərin daha effektli olması üçün bizim də edə biləcəyimiz çox mühüm işlərin olduğunu bir daha xatırlatmaqdır. İlk növbədə bu gün hər bir Azərbaycan vətəndaşı pandemiyanın daha çox yayılmasının qarşısının alınmasına görə özünün də şəxsən məsuliyyət daşıdığını qeyd-şərtsiz dərk etməlidir. Bu məsuliyyət özünü nədə göstərməlidir? Əlbəttə ki, ilk növbədə karantin qaydalarına dəqiq əməl etməkdə. Təəssüflər olsun ki, bu gün hələ də bir çox vətəndaşlarımız məsuliyyətsizlik nümayiş etdirərək tibbi maskaların taxılması, antiseptik maddələrdən istifadə, sosial məsafənin gözlənilməsi tələblərinə etinasızlıqla yanaşırlar. Halbuki, bu elementar tələblərə əməl etməməklə, eləcə də zərurət olmadan yaşayış yerlərini tərk etməklə insanlar ölümcül infeksiyanın daha çox yayılmasına şərait yaradırlar. Müraciətimin sonunda mən 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında dövlət başçımızın etdiyi çıxışdan bir neçə ifadəni sitat gətirmək istəyirəm. Həmin çıxışında Ölkə Prezidenti demişdir: “Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək... Gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır. Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu?”
Həqiqətən də dövlət başçımızın hər bir hərəkəti bizim üçün əsil örnəkdir. Xüsusilə də bu çətin dönəmdə hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən məsuliyyəti aydın şəkildə dərk etməli və xalqımızın bu koronavirus bəlasından tezliklə xilas olması üçün əlindən gələni etməli, birlik və həmrəyliyi yalnız sözdə deyil, əməlində nümayiş etdirməlidir.
Səttar Möhbalıyev,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti,
millət vəkili
AİA.Az
Bölməyə aid digər xəbərlər

Tarix: 30-06-2020, 15:05 Oxunub: 94
Bölməyə aid digər xəbərlər
4-04-2020, 11:00
“Vətəndaş cəmiyyəti institutları ilə dövlət arasında siyasi dialoq müsbət istiqamətdə inkişaf edir”
10-06-2020, 18:07
Əli Əhmədov: Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli və ona əməl etməlidir
19-03-2020, 18:00
Azərbaycanda insan amilinə dəyər dövlət siyasətinin əsasını təşkil edir
23-03-2020, 18:44
Mehriban Əliyeva bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
5-05-2020, 15:18
S.Möhbalıyev: “Qoşulmama Hərəkatının Zirvə görüşü Azərbaycanın qlobal pandemiya ilə mübarizədə dünyaya daha bir töhfəsi oldu”