AMEA-nın İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor Elton Məmmədovu təbrik edib.
Təqdimatda professor Elton Məmmədovun Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçildiyi və medala layiq görüldüyü bildirilib. Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü seçildiyi qeyd edilib.
Professor Elton Məmmədov da öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.
Bölməyə aid digər xəbərlər