“Pandemiya başlayandan bu günə qədər dövlət başçımızın tapşırığına əsasən, xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı hava nəqliyyatı vasitəsilə ölkəmizə gətirilib”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.
O qeyd edib ki, proses davam etməkdədir. H.Hacıyev bildirib ki, Azərbaycanla bir sıra ölkələr arasında xüsusi çarter reysləri fəaliyyət göstərir:
“Həftədə dörd dəfə “Azərbaycan Hava Yolları”nın və “Türk Hava Yolları”nın Bakı-İstanbul-Bakı istiqamətində reysləri təşkil olunur. Burada olan vətəndaşlarımızın, xüsusən də Türkiyədə olan tələbələrimizin ölkəmizə qayıtması təmin olunur.
İstanbul şəhəri böyük tranzit məntəqəsidir ki, digər ölkələrdə olan vətəndaşlarımız İstanbula gələrək, oradan Azərbaycana qayıda bilirlər”.
Bölməyə aid digər xəbərlər