“Dünən Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərini pozması və Azərbaycana qarşı yeni ərazi iddiası göstərməsi Ermənistan hakimiyyətinin qudurğanlığıdır”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri qeyd edib ki, bu gün yaranmış vəziyyətlə əlaqədar erməni terroristlərə qarşı çox ciddi mübarizə başlanmalıdır:
“Heç bir ölkəylə razılaşmadan Ali Baş Komandan qəti qərar verməlidir. Bütün Azərbaycan xalqı da bu qərar ətrafında sızx birləşməlidir. Bu gün Ermənistandan öz ərazilərimizi geri almaq üçün münbit şərait yaranıb. Fürsətdən istifadə edib Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğaldan azad etməliyik.
Bu gün Azərbaycanın güclü ordusu var və torpaqlarımızı düşməndən müharibə yolu ilə azad etməyə qadirdir”.
H.Hacıyev vurğulayıb ki, bu gün N.Paşinyanın vəziyyəti Ermənistanda heç də yaxşı deyil və o vətəndaşlarının diqqətini özündən yayındırmaq üçün sərhədlərimizdə gərginlik yaratmaqda maraqlıdır:
“Paşinyan öz canını öz xalqından qurtarmaq üçün Azərbaycanın ərazilərinə qarşı təxribatları bundan sonra da davam etdirəcək ki, müvəqqəti də olsa özünə qarşı diqqətdən yaynınsın. Eyni zamanda Paşinyanın Azərbaycandakı qohumları da ölkəmizdə iğtişaş yaratmaq üçün bu cür variantlara əl atacaqlar. Buna görə də biz Azərbaycanın həm daxilində, həm xaricində dövlətimizə qarşı antiazərbaycan qüvvələrinə qarşı da çoxciddi mübarizəyə başlamalıyıq”.
MMP sədri bildirib ki, ordumuzun dünənki rəşadətli döyüşü dəyərləndirilir:
“Ordumuz öz mübarizəsini bu cür də davam etdirməlidir. Ali Baş Komandan hansı qərarı verəcəksə, ordumuzla birgə o qərarın icrasına başlamalıyıq.
Artıq 30 ilə yaxındır torpaqlarımız erməni dığalarının işğalı altındadır, ATƏT dişsiz, yararsız bir qurumdur və neçə illərdir başımızın altına yastıq qoyur.
O cümlədən onlara dayaq olan bizim xarici işlər nazirimiz Elmar Məmmədyarovun ermənilərlə qohum olması... Bu gün erməni saytlarının Elmar Məmmədyarovun, Ramiz Mehdiyevin müdafiəsinə qalxması o deməkdir ki, onlar bizdən qisas almaq istəyirlər. Elmar Məmmədyarov da, Ramiz Mehdiyev də telekomminikasiyalardan, ictimaiyyətlə əlaqələrdən tam tədric olunmalıdır. Hər iki şəxslə, onlara qoşulanlarla, onların düzəltdikləri radikal müxalifətlə bağlı təcili işlər görülməlidir ki, daxildə və xaricdə şayələr yaymasınlar.
Bir daha təkrar edirəm, Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçməlidir. İmkan verməməliyik ki, ordumuz Ermənistanla müharibədə hansısa erməni mənşəli məmurun təxribatının qurbanı olsun”.
H.Hacıyev bəyan etdi ki, MMP-nin hər bir üzvü Ali baş Kamandanın yanındadır və əmr verilərsə müfəssəl əsgəri olmağa hazırdır:
“Həm erməni işğalçılarıyla, həm də daxildəki erməni qohumluğu olan qüvvələrlə mübarizəyə hazırıq. İllərdir hakimiyyətdə kök salmış erməni mənşəli insanlar hakimiyyətdən kənarlaşdırılmalıdır. Mən və partiyam cənab Baş Ali Kamandanın yanındayıq, bundan sonra da onun yanında olub, əmrlərinə tabe olacağıq. Şəhidlərimizin qisasını almalı, bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandırmalıyıq. Erməniləri bizim qədim torpaqlarımız olan İrəvənadək qovmalıyıq. Erməni bilməlidir bizim lazım gələrsə, İrəvanı da almağa gücümüz var.
Allah şəhidlərimizə rəhmət eləsin, Vətən sağ olsun!”
Bölməyə aid digər xəbərlər