10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
Mehdiyev Vasif Talıbovun adını eşidən kimi “otboy” verdi

Mehdiyev Vasif Talıbovun adını eşidən kimi “otboy” verdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev DTX-nin Naxçıvanda keçirdiyi son əməliyyatı, həbsləri şərh etmək istəməyib.

GununNebzi.az
xəbər verir ki, Musavat.com Naxçıvanda baş verənlərlə bağlı Ramiz Mehdiyevin mövqeyini öyrənməyə çalışıb.

Canlı efirdə telefon zənginə cavab verən AMEA-nın sabiq rəhbəri bu işlərdən uzaq olduğunu bildirib: “Bilirsiniz, mən bu işlərdən uzağam. Ona görə bir şey deyə bilmərəm sizə. Sağ olun”.

Daha sonra R.Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adını eşidəndən sonra dəstəyi asıb.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Həbs edilən şəxslər arasında Naxçıvanın maliyyə naziri Rafael Əliyev də var.

Tarix: 1-12-2022, 11:41 Oxunub: 48


Bölməyə aid digər xəbərlər
10-08-2021, 17:22 Naxçıvanda daha bir təyinat