23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Rusiya XİN: "Madrid prinsipləri Qarabağ danışıqları masasında olmalıdır"

Rusiya XİN: "Madrid prinsipləri Qarabağ danışıqları masasında olmalıdır"


“Həm Rusiya, həm də regionda sabitliyin gücləndirilməsində maraqlı olanlar müvafiq açıqlamalar verərək tərəfləri barışığa, atəşkəsə sövq etməlidir. Yəni buradakı sabitləşmə hamının marağındadır”.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmanla söhbəti zamanı bildirib.

“Bizim mövqeyimizə görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində indiyədək ərsəyə gətirilmiş Madrid prinsipləri və beynəlxalq birlik tərəfindən ortaya qoyulan başqa prinsiplər danışıqlar masasında qalmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq üçün indiyədək göstərilən böyük səylərlə əldə edilən nailiyyətlərin hazırkı böhran üzündən hədər getməməsinə yol vermək olmaz”, – Rusiya rəsmisi deyib

Tarix: 22-07-2020, 17:14 Oxunub: 77


Bölməyə aid digər xəbərlər