Bu gündən bəzi sahələrdə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunub.
Bəzi sahələrdəki işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.
Bu sahələrə aşağıdakılar daxildir:
- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- Mühəndislik və layihələndirmə xidmətləri;
- Qablaşdırma məhsullarının istehsalı;
- Daş, metal və taxta məhsullarının istehsalı;
- Mebel istehsalı və təmiri;
- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- Onlayn satışlar;
- Kimyəvi təmizləmə;
- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- Avtomobillərin təmiri;
- Avtomobil yuyulma məntəqələri;
- Heyvan sığınacaqları;
- Tərcümə xidmətləri.
Bölməyə aid digər xəbərlər