Xalq artisti Cəfər Namiq Kamalın bu gün yetmiş illik yubileyidir.
Aktyor açıqlamasında karantin dövründə evdə qaldığına görə teatr üçün çox darıxdığını bildirib:
“Təbrikiniz üçün çox sağ olun, bu gün yetmiş illik yubileyimdir, amma bunu təmtəraqlı qeyd etməyəcəm. Karantinə görə bir neçə aydır ki, evdəyik, teatra gedib-gələ bilmirik. Hamımız səbirsizliklə gözləyirik ki, teatr açılsın. Teatrsız qaldığım müddətdə özümü çox pis hiss edirəm. Hələ məzuniyyətdə olanda on gün ərzində çox darıxırdım. Biz hamımız teatr üçün xəstdə adamlarıq. Teatrımız, incəsənətimiz bu gün inkişaf edir. Bir çox hallarda tamaşaçı qıtlığından şikayətlənirlər, amma oynadığım bütün tamaşalarda kifayət qədər tamaşaçılar olur və onlar heç zaldan getmək istəmirlər, bizlərlə söhbət edib, minnətdarlıqlarını bildirirlər”.
Qeyd edək ki, Cəfər Namiq Kamal Xalq artisti, aktyor İlham Namiq Kamalın qardaşıdır.
Bölməyə aid digər xəbərlər