21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
SON DƏQİQƏ: Operativ Qərargah məlumat YAYDI

SON DƏQİQƏ: Operativ Qərargah məlumat YAYDIBəzi Kütləvi İnformasiya Vasitələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar mütəmadi olaraq təşkil olunan brifinqlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət edilməməsi barədə məlumatlar yayılır. Həmin məlumatlarda brifinqə dəvət olunan jurnalistlərin, video və foto çəkiliş qruplarının, həmçinin brifinqdə iştirak edən rəsmi şəxslərin məsafə gözləmədiyi, qoruyucu tibbi maskalardan, eləcə də dezinfeksiya məhlullarından istifadə edilmədiyi bildirilir.

GununNebzi.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən bildirilib ki, koronavirus infeksiyası ilə yoluxma halları, karantin rejiminin tələbləri nəzərə alaraq, bir məkanda çox sayda insanın toplaşmamasını təmin etmək məqsədilə Operativ Qərargahın brifinqlərinin təşkil edildiyi zal iki ayrı-ayrı hissəyə ayrılıb.

“Brifinqə dəvət olunanların çıxışlarının, həmçinin KİV təmsilçilərinin suallarının verilməsinin zalın hər iki hissəsində yayımlanması üçün xüsusi monitorlardan və texnikadan istifadə olunur. Brifinqlərə dəvət olunan bütün şəxslərə məkana girişdə qoruyucu tibbi maskalar, əlcəklər təqdim edilir, zalda dezinfeksiya məhlulları qoyulur. Məkana daxil olan şəxslərin girişdə bədən hərarəti ölçülür. Zaldakı oturacaqlar brifinqdə həm KİV qarşısında çıxış edənlər, həm də media təmsilçiləri arasında müvafiq məsafə tələbinə riayət olunmaqla yerləşdirilir. Həmin oturacaqların arxasında dayanan, canlı yayımı və jurnalistlərin reportajları üçün lazım kadrların alınmasını təmin edən videoçəkiliş qrupları arasında da məsafənin gözlənilməsi üçün şərait yaradılıb. Belə ki, hər bir operator üçün yerlər xüsusi lentlərlə ayrılıb”, - deyə bildirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsindən onu da qeyd ediblər ki, brifinqə dəvət olunan çıxışçılar isə əvvəlcədən COVİD-19 ilə bağlı testdən keçir: “Çıxışçılar zala daxil olarkən bir qayda olaraq mütləq tibbi maskalardan istifadə edirlər. Çıxışları zamanı isə rahat ünsiyyətin qurulması üçün həmin maskanı çıxardırlar, lakin onların masaları arasında lazımi məsafə gözlənilir. Onu da qeyd edək ki, brifinqlərin keçirildiyi məkan tədbirdən əvvəl hər dəfə dezinfeksiya edilir. Bura dəvət olunan media nümayəndələrinin mütəmadi COVİD-19 ilə bağlı müayinələrdən keçirilməsi də təmin olunur”.


Tarix: 17-08-2020, 18:11 Oxunub: 150


Bölməyə aid digər xəbərlər