Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar.
GununNebzi.az xəbər verir ki, bu barədə jurnalist Fikrət Hüseyinli məlumat yayıb.
O iddia edib ki, Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib:
"Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, haqqında beynəlxalq axtarış elan ediləcək. Qoluqandallı Azərbaycana gətiriləcək".
(Axar.az)
Bölməyə aid digər xəbərlər