01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Azərbaycan Rusiyada keçiriləcək hərbi təlimlərdə iştirakdan imtina etdi

Azərbaycan Rusiyada keçiriləcək hərbi təlimlərdə iştirakdan imtina etdiAzərbaycan sentyabr ayında Rusiyada keçiriləcək "Qafqaz-2020" hərbi təlimlərinə qatılmayacaq.

gununnebzi.az xəbər verir ki, bu barədə "Ria Novosti"xəbər yayıb.

"Azərbaycan hərbçiləri bu ilin sentyabrında Rusiyada keçiriləcək" Qafqaz-2020 "təlimində iştirak etməyəcəklər. Təlimlərə iki hərbçinin müşahidəçi göndərilməsi planlaşdırılır", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətidən agentliyə bildirib.

Qeyd edək ki, bundan əvvəl Hindistan Müdafiə Nazirliyi "Qafqaz-2020"-də iştirakdan imtina etdiyini təsdiqləmişdi. İmtinanın səbəbi koronavirus pandemiyası və onun nəticələri, o cümlədən maddi-texniki çətinliklər göstərilirdi.

Yeni Dehli, Rusiya və Hindistanın yaxın və imtiyazlı strateji tərəfdaş olaraq qaldığını qeyd edərək qərarı Moskvaya bildirmişdi.

"Qafqaz-2020" hərbi təlimi sentyabrda Rusiyanın cənubunda keçiriləcək. Təlimlərə İran, Myanma və Pakistan da daxil olmaqla bir neçə ölkədən qrupların qatılması planlaşdırılır.

Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu ŞƏT, MDB və KTMT ölkələrinin müdafiə nazirlərinin terrorla mübarizə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiklərini bəyan etmişdi. İlk birgə təlimlərin "Qafqaz-2020" manevrləri çərçivəsində keçirilməsi nəzərdə tutulurdu.
"Publika.az"


Tarix: 6-09-2020, 11:25 Oxunub: 109


Bölməyə aid digər xəbərlər