20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
İlham Əliyev: “Əgər bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə hərbi döyüşləri keçirə bilərdik”

İlham Əliyev: “Əgər bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə hərbi döyüşləri keçirə bilərdik”Son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb.

GununNebzi.az xəbər verir ki, Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə vəziyyətində yaranmış vəziyyətlə əlaqədar xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatları zamanı Azərbaycan hərbçiləri şəhid olub, bir mülki vətəndaş həlak olub.

“Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb. İlk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və Ermənistan bir santimetr də irəli gedə bilmədi”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı.

“Mən bu barədə demişəm, bir də demək istəyirəm. Əgər bizim istəyimiz olsaydı, Ermənistan ərazisinə hərbi döyüşləri keçirə bilərdik”, - deyə Ali Baş Komandan söyləyib.

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.


Tarix: 27-09-2020, 12:20 Oxunub: 115


Bölməyə aid digər xəbərlər