23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Ona bağışlanan evi şəhid ailəsinə verən İLK DÖYÜŞ GENERALIMIZ

Ona bağışlanan evi şəhid ailəsinə verən İLK DÖYÜŞ GENERALIMIZAzərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatları uğurla davam edir.

GununNebzi.az xəbər verir ki, əməliyyatlar çərçivəsində artıq 20-dən çox kənd, 2 strateji yüksəklik və 1 şəhər mərkəzi düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunmuş yaşayış məntəqələrinin adlarını elan edərək əməliyyatlara rəhbərlik edən hərbi rütbəli şəxsləri şəxsən təbrik edir.

Onlar arasında Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının general-mayoru Mais Bərxudarov da var.

20 aprel 1976-cı ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olan M.Bərxudarovun həyatında hərb uşaqlıqdan xüsusi yer tutub. Belə ki, o, Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.

Hərbi fəaliyyəti

Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub.

1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırıb və bildirib ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdiriblər.

Təltifləri

1998-ci ildə baş-leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilib. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib. O, bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülüb. 2012-ci ildə polkovnik Mais Bərxudarov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Lələtəpə döyüşü

2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi özü də əsgərlərə qoşularaq birbaşa döyüşlərdə iştirak edib. Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

General-mayor rütbəsi alması

Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsinin verilməsini ilk dəfə deputat Sahib Alıyev öz şəxsi facebook səhifəsində elan edib.

Heydər Əliyevi təəccübləndirən kəşfiyyatçı

General-mayor vaxtilə olmuş bir hadisə isə indi daha da məşhurlaşıb. Mərhum prezident Heydər Əliyev tərəfindən Mais Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür. Heydər Əliyev ona “Azərbaycan Bayrağı” ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edir.

Prezidentə təşəkkürünü bildirən zabitimiz Heydər Əliyevə deyir: “Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur”.

Qeyd edək ki, Mais Bərxudarov bu gün Azərbaycanın son 22 illik tarixində ilk döyüş generalıdır.

(publika.az)


Tarix: 5-10-2020, 15:53 Oxunub: 150


Bölməyə aid digər xəbərlər