Azərbaycan və Ermənistan Dağlıq Qarabağda hərbi fəaliyyətlərinə son qoyub.
GununNebzi.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy deyib.
Onun sözlərinə görə, hər iki ölkənin hərbi qüvvələri müharibədən sonra olduqları nöqtədə dayanıb.
Bundan əlavə, Rusiya sülhməramlıları kontingenti gün ərzində bölgəyə gedərək Laçın dəhlizində və Laçın dəhlizinin Lisoqorsk magistral yolunun bir hissəsində nəzarəti təmin edib və müşahidə məntəqələri qurub.
“Sülhməramlıların xidməti, ehtimal edilən hadisələrin qarşısının alınması və rus əsgərlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə daimi əlaqə yaradılıb. Birbaşa əlaqə kanalları qurulub. Meydandakı vəziyyət 24 saat izlənir və bunun üçün Rusiya Baş Qərargahında hərbi idarəetmə qrupu yaradılıb”, - Rudskoy qeyd edib.
Bölməyə aid digər xəbərlər