Qarabağın incisi sayılan Şuşa şəhərinin düşməndən azad olunması Vətən müharibəsinin taleyini həll etdi. Bu şanlı qələbə xalqımızın igid övladlarının misilisiz hünəri sayəsində qazanıldı.
gununnebzi.az xəbər verir ki, Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil Asəm oğlu İbrahimlidir. O, 1993-cü ildə Bakı şəhərinin Qala qəsəbəsində anadan olmuşdu. Rəşadətli ordumuzun uğurlu döyüş əməliyyatlarında fəal iştirak edən Adil İbrahimli Şuşa yaxınlığında şəhid olub. Onun nəşi dünən ailəsinə təhvil verilib. Bu gün isə Bakıda İkinci Şəhidllər Xiyabanında dəfn mərasimi keçirilib.
Onu da qeyd edək ki, Adil İbrahimli Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yaxın qohumudur. Allahdan şəhidimizə rəhmət diləyirik.
Bölməyə aid digər xəbərlər