20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı

Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldıSəbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bu barədə GununNebzi.az Trend-ə, istinadən xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Tarix: 25-11-2020, 18:04 Oxunub: 264


Bölməyə aid digər xəbərlər