Bakıda 32 yaşlı Məhərrəmova Banu Xudayar qızını qətlə yetirərək meyitini zibil qutusuna atan 75 yaşlı qayınata İdris Məhərrəmovun fotoları üzə çıxıb.
GununNebzi.az xəbər verir ki, fotoları mərhumun yaxınları təqdim ediblər.
Qeyd edək ki, həmin şəxs artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilən tədbirlər nəticəsində zərərçəkmişin qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banu Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.
29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Sonxeber.az
Bölməyə aid digər xəbərlər