Bakıda iki milyonluq dələduzluq edən turizm şirkətinin direktoru həbs edilib.
GununNebzi.az-ın məlumatına görə, “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyeva həbs edilib.
O, həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim etmiş, birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vədlər verilməsi yolu ilə iki milyondan çox ziyan vuraraq dələduzluq ediblər.
Qeyd edək ki, Baş Prokurorluğa Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluqla ələ keçirməsi istiqamətində daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı.
/Qafqazinfo
Bölməyə aid digər xəbərlər