15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
"Baku Medical Plaza"da ölüm hadisəsi

"Baku Medical Plaza"da ölüm hadisəsi"Baku Medical Plaza" klinikasında ölüm hadisəsi baş verib.

GununNebzi.az xəbər verir ki, Qurbanova Aygün Bəysəfa qızı qeysəriyyə əməliyyatından sonra həyatını itirib. Bu barədə onun qayınatası Qurbanov Abdulqafur Abdurrahman oğlu Baş prokuror Kamran Əliyevə ünvanladığını müraciətdə bildirib. O, müraciətin bir surətini də redaksiyamıza yollayıb.


Şikayətçi yazır ki, hamilə olan gəlini 19 fevral 2021-ci il tarixdə "Baku Medical Plaza" klinikasına müraciət edib. Oranın həkimi Natı Musalı Aygün Qurbanovanı müayinə edərək bətnindəki körpənin sağlam olduğunu bildirib.
"Baku Medical Plaza"da ölüm hadisəsi
"Gəlinim bundan əvvəl də bir neçə dəfə - 29 yanvar və 15 fevral tarixlərində Natı həkim tərəfindən müayinə olunub. Həkim hər müayinədən sonra uşağın ana bətinində normal inkişaf etdiyni bildirib. Qeyd edilən tarixlərdə gəlnim Gülnurə həkim tərəfindən USM müayinəsi edilib. USM müayinəsindən sonra Natı həkim doğuşun 26 fevrala tarixi təyin olunduğunu, ancaq həmin gün Xocalı faciəsinin ildönümü olduğundan, həm də özünün Türkiyəyə gedəcəyi səbəbindən 24 fevraladək Aygünün doğum üçün gəlməsini deyib”, - Abdulqafur Qurbanov yazır.


Onun sözlərinə görə, fevralın 18-də Natı Musalı Aygün Qurbanovaya zəng edərək ona fevralın 19-u səhər 07.00-da "Baku Medical Plaza" klinikasına gəlməyi tapşırıb. "Həmin tarixdə Aygün klinakda olub və doğuş üçün qəbul edilib. Bundan sonra heç bir məlumat əldə edə bilməmişik” deyən şkayətçi əlavə edib ki, fevralın 19-da saat 16.00-da Aygün Qurbanova tibb müsəssisəsindən evlə əlaqə saxlayaraq ağrılarının dözülməz olması səbəbindən doğuşun qeysəriyyə əməliyyatı ilə həyata keçirilməsini və bu barədə həkimə bildirməyimizi xahiş edib:


"Biz dərhal Natı həkimlə əlaqə saxlayaraq qeysəriyyə əməliyyatı edilməsini xahiş etdik. O isə narahatçılığa heç bir əsas olmadığını, doğuşun təbii üsulla, öz vaxtında olacağını bildirdi.


Həmin gün saat 19:00-da Aygün yenidən tibb müəssisəsinin stasionar telefonu ilə əlaqə saxlayaraq ağrıların kəskin, dözülməz olduğu səbəbindən qeysəriyyə əməliyyatı edilməsinə təkid etdi. Biz yenə Natı həkimlə əlaqə saxlayaraq qeysəriyyə əməliyyatı edilməsini bir daha xahiş etdik. O isə bildirdi ki, əgər həmin əməliyyatı etsələr yenidən ödəniş etməli olacaqlar. Biz Aygünün sağlamlığı və övladının salamat olması üçün bütün zəruri ödənişləri ödəməyə hazır olduğumuzu bildirdik. Natı həkim isə 2 saat daha gözləməli olduğumuzu, əgər nəticə olmasa, Aygünü əməliyyata götürəcəyini bildirdi.


Həmin gün iki saat keçdikdən sonra dəfələrlə Natı həkimə telefonla zəng vurduq. Nəhayət, Natı həkim bizim onu telefon zəngləri ilə bezdirdiyimizi, özünün də körpə övladlarını evdə qoyub səhər tezdən burda olduğunu və bizdən daha çox narahat olduğunu, həmçinin özünün bu sahənin uzmanı olduğunu bildirərək narahat olmamağımızı, uşağın və ananın sağlamlığının tam yerində olacağını bildirdi.


Həmin gün saat 23:45-də isə Natı həkim bildirdi ki, Aygündə tromboliya var. Aygün əldən gedir, uşaqlığını götürmək üçün ərinin razılığı lazımdır. Biz isə nə zəruri müdaxilə lazımdırsa, etmələrini xahiş etdik.


20 fevral gecə saat 00:30-da isə Natı Musalı bildirdi ki, Aygün qıc olduğu üçün məcburi əməliyyata götürülüb, əməliyyat zamanı qanaxma da baş verib. Əlavə etdi ki, mən öz işimi yekunlaşdırmışam, qalanı mənlik deyil, reanimatorluqdur. Həmin gün saat 01:00-da reanimasiya həkimi bildirdi ki, Aygünün yaşama şansı 1%-dir. Səhər saat 09:30-da isə Aygünün ölümü barədə məlumat verdilər.


Qeyd etmək istərdim ki, biz həkim səhvinin qurbanı olmuşuq. Natı həkimin və digərlərinin səhlənkarlığı, səriştəsizliyi və ya ehtiyatsızlığı nəticəsində gəlinim ölüb".


Şikayətçi hesab edir ki, gəlini həkim səhvinin qurbanı olub. Ona görə də Baş prokurordan faktla bağlı başlanmış cinayət işinin obyektiv araşdırılmasını və təqsirkar olan şəxslərin müəyyən edilməsini və qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir.



Hit.az


Tarix: 27-02-2021, 18:16 Oxunub: 167


Bölməyə aid digər xəbərlər