02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda kişi sevgilisinin boğazını kəsərək qətlə yetirib - QƏTLİN TƏFƏRRÜATI - VİDEO

Bakıda kişi sevgilisinin boğazını kəsərək qətlə yetirib - QƏTLİN TƏFƏRRÜATI - VİDEO
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynovun cinayət işi.

GununNebzi.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Xaləddin Hüseynov bildirib ki, Şəhər şossesi 48 ünvanının yanındakı tikilidə valideynləri, arvadı və övladları ilə birlikdə yaşayıb. Axırıncı dəfə 2014-cü ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssəsindən vaxtından əvvəl 2108-ci ilin mart ayında azadlığa buraxılıb. Fərdi qaydada fəhləliklə məşğul olub.

Mərhum Günel Bağırovanı 15 ilə yaxındı ki, tanıyır. O, anası və qardaşı ilə birlikdə onların yaşadığı məhəlləyə köçüb. Günel əvvəllər bir neçə dəfə məhkum olunmuş şəxslə yaşayıb. Hadisədən 2 ay əvvəl həmin şəxs yenidən həbs olunub. Bir neçə dəfə Günelin evinmdə yeyib-içdikdən sonra aralarında münasibət yaranıb:

"Sentyabrın 6-da evdən Qazax rayonuna işləmək adı ilə çıxdım getdim Günelgilə. Bir müddət sonra onun anası da evə gəldi. Səhər saat 4:00 idi Günel qısqanclıq zəmnində başladı mənimlə mübahisə etməyə. Deyirdi ki, təkcə mənimlə yaşa, nə bilim arvadını məndən üstün tutursan, sonra evə gedəndə mobil telefonu niyə söndürürsən?. Deyirdi ki, həyat yoldaşını at təkcə mənimlə yaşa. Əsəbləşib başladı məni söyməyə".

Xaləddin Hüseynov daha sonra bildirib ki, mübahisə zamanı evdən mətbəx bıçağını götürüb elektrik sobasının naqilini kəsib Güneli boğmaq istəyib. Lakin əli kibsdə olduğundan naqil yerə düşüb. O, bıçaqı götürüb Günelin bədəninə zərbələr endirib. Sonra isə başını boğazından ayırıb.


Daha sonra Xaləddin Hüseynov bıçaqı cibinə qoyaraq otağın qapısını bağlayıb. Anasını həmin vəziyyətdə görməməsi üçün uşağı öz evlərinə aparıb. Evdə anasına Güneli öldürdüyünü, qızının onlarda qalacağını deyib. Sonra isə 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib və polis bölməsinə gedərək könüllü təslim olub.

Məhkəmə prosesində Xaləddin Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.


Zərərçəkmiş şəxsin hüquqi varisi Gülzar Bağırova təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Xaləddin Hüseyovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Xaləddin Hüseynov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 3-03-2021, 16:04 Oxunub: 151


Bölməyə aid digər xəbərlər