15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA

Barəsində cinayət işi açılan sabiq bələdiyyə sədri məhkəmə QARŞISINDA

İsmayıllı rayon Tircan bələdiyyəsinin keçmiş sədri Əhməd Çələbiyev inzibati xəta törədib.

GununNebzi.az-ın məlumatına görə, baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilən iş hakim İlqar Hüseynovun icraatına verilib.

Ə.Çələbiyev inzibati xətalar məcəlləsinin 460-cı (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, onun barəsində daha öncə 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında 3 il müddətinə Əflatun Həsənova verdiyinə görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanılmışdı.


/Unikal.org

Tarix: 12-03-2021, 11:14 Oxunub: 246


Bölməyə aid digər xəbərlər