21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Oğuzda canavarlar kəndə hücum edib

Oğuzda canavarlar kəndə hücum edib

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

GununNebzi.az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb.

Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.


APA

Tarix: 25-03-2021, 16:25 Oxunub: 245


Bölməyə aid digər xəbərlər