20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur (YENİLƏNİB)

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur (YENİLƏNİB)


Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən bildirilir ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir.

***

11:16


140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı - Rektorun həbsi tələb olunur (YENİLƏNİB)


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.

GununNebzi.az Unikal.org-ya istinadən xəbər verir ki, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır.

Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dərslərə buraxılmasını əsas gətirərək, bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.

Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Tarix: 29-04-2021, 15:30 Oxunub: 317


Bölməyə aid digər xəbərlər