23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Hərbçilərin Laçında həlak olması ilə bağlı cinayət işi başlandı

Hərbçilərin Laçında həlak olması ilə bağlı cinayət işi başlandı

Dünən Laçın rayonunda DSX hərbçilərinin qəzaya düşərək həlak olması ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüb.

Məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Tarix: 17-06-2021, 13:51 Oxunub: 193


Bölməyə aid digər xəbərlər
6-04-2021, 12:26 Hərbçimiz İNTİHAR ETDİ