15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Partlayışa səbəb vulkan püskürməsidir” - Seysmoloji Xidmət Mərkəzi

“Partlayışa səbəb vulkan püskürməsidir” - Seysmoloji Xidmət Mərkəzi

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzər dənizindəki partlayışla bağlı açıqlama verib.

GununNebzi.az
xeber verir ki, Bu barədə“Qafqazinfo”ya danışan Baş direktor partlayışın vulkan püskürməsi ilə əlaqədar olduğunu deyib:

“Bu partlayışa səbəb ancaq vulkan ola bilər. Çünki heç bir quyuda, platformada, gəmilərdə qəza, partlayış baş verməyib. Bu Xəzərdəki palçıq vulkanlarının əlamətidir ki, püskürməsi nəticəsində alov görünüb və 20-30 saniyə çəkib”.

Q.Yetirmişli partlayışın hər hansı neft, qaz kəmərində olmadığını da bildirib:

“Əgər elə bir şey olsaydı, SOCAR açıqlama verərdi. Oradan da bildirildi ki, qəza baş verməyib”.

Baş direktor palçıq vulkanın püskürməsi zamanı alovun hündürlüyü ilə bağlı suala isə belə cavab verib:

“Bu hələ tez sönüb. Lökbatan, Şəxzəyirli palçıq vulkanları dəqiqələrlə çəkib və 100-150 metr hündürlüyə alov qalxıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var və bu da onun əlamətidir”.

Tarix: 5-07-2021, 00:13 Oxunub: 109


Bölməyə aid digər xəbərlər