15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar

Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılılıb.

Agentlikdən verilən məlumata görə, mütəxəssislər tərəfindən qeyd olunmuş ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib.

Qeyd edək ki, ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar
Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar
Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar

Tarix: 9-07-2021, 19:41 Oxunub: 159


Bölməyə aid digər xəbərlər