10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Narkotikə görə saxlanılan şəxsin şöbədə halı pisləşdi, öldü

Narkotikə görə saxlanılan şəxsin şöbədə halı pisləşdi, öldü

Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.

GununNebzi.az
xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb: "Həmin şəxs Siyəzən RPŞ-yə gətirilib. Dünən axşam saat 22 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib".

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, T. İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir.

Tarix: 3-08-2021, 09:42 Oxunub: 309


Bölməyə aid digər xəbərlər