02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB

Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin ölüm səbəbi məlum olub.

GununNebzi.az-
ın məlumata görə, o, ötən gün Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunda koronavirusdan vəfat edib.

N.Quliyev 67 yaşında dünyasını dəyişib.

13:32

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

GununNebzi.az Axar.az-a istinadən verdiyi məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Tarix: 8-09-2021, 14:45 Oxunub: 204


Bölməyə aid digər xəbərlər