15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Bələdiyyə sədrinin müavini saxlanıldı

Bələdiyyə sədrinin müavini saxlanıldı

Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədir müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Prokurorluqdan verilən məlumata görə, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsini icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib.

Ondan Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq edib, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix: 14-09-2021, 10:01 Oxunub: 89


Bölməyə aid digər xəbərlər
30-08-2021, 16:49 FHN inspektoru həbs edildi