15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Xaçmazda 9 yaşlı uşaq intihar etdi - Atası da 2 ay əvvəl özünü asmışdı

Xaçmazda 9 yaşlı uşaq intihar etdi - Atası da 2 ay əvvəl özünü asmışdı

Xaçmaz rayonunda 9 yaşlı uşaq atasının intiharından təxminən iki ay sonra özünü asıb.

GununNebzi.az
-ın “Qafqazinfo"-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Qeybullayev Oqtay Abdulla oğlu bir müddət öncə 4 övladı və həyat yoldaşı ilə birgə Ağtaladan Xaçmazın başqa kəndinə işləməyə gedib. Ailə o kənddə də yaşamağa davam edib.

O.Qeybullayev avqustun 11-də hazırda məlum olmayan səbəblərdən Ağtala kəndinə gələrək qəbiristanlıqda ağacdan özünü asaraq intihar edib. Həmin gün Oqtayın yeganə oğlu və ailənin sonbeşiyi, 2012-ci il təvəllüdlü Ramalın ad günü olub.

Atasının intiharından sonra ailə Ağtala kəndinə qayıdıb. 9 yaşlı Ramal atasının ölümündən təxminən iki ay sonra oktyabrın 4-ü, günorta saat 12 radələrində həyətlərində özünü ağacdan asaraq intihar edib. Ailənin Ramaldan böyük olan 3 qız övladı qalıb.

O.Qeybullayevin qardaşı Rasim Qeybullayev “Qafqazinfo”ya bildirib ki, dünən Ramalın müəllimi üçün hədiyyə almağa getdiklərinə görə, uşağı ilk dəfə evdə tək qoyublar: “Müəllimlər günü üçün hədiyyə aldıq ki, Ramal pis olmasın. Evə qayıdanda gördük ağacdan özünü asıb. İpi necə, haradan tapdığını bilmirik”.

R.Qeybullayev qeyd edib ki, qardaşı Oqtayın 40 mərasimi ərəfəsində oğlu Ramal yuxuda atasını görüb: “Bir dəfə Ramal yuxusunu bizə danışdı. Dedi ki, atası onu yanına çağırıb. Biz də Ramalla danışdıq, sonra bu məsələ unuduldu. Haradan biləydik ki, belə olacaq”.

Hər iki hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Tarix: 5-10-2021, 13:17 Oxunub: 109


Bölməyə aid digər xəbərlər