23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
"Yaşar Aydəmirov dedi ki, pulu vermək lazımdır"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
GununNebzi.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə vəsatətlərə baxılıb.
Zərərçəkmişlərdən Rahib Ağayev tərəfindən N.Şirinov və E.Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olub. Digər zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə məxfi məlumatların və dövlətin sirlərinin səsləndirilə biləcəyini əsas gətirərək baxışın qapalı keçirilməsini istəyiblər. Hakimlər, eləcə də prokuror işin dövlət sirri ilə bağlı olmadığını, ona görə də təqsirləndirilən şəxslərin statusunun işin mahiyyətinə aidiyyəti olmadığını əsas gətirərək vəsatəti təmin etməyiblər.
Daha sonra prokuror ittiham aktını elan edib. Məlum olub ki, Nizami Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.
Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.
Təqsirləndirilən şəxslərdən heç biri özünü ittiham üzrə təqsirli bilməyib. Daha sonra zərərçəkmişlərin ifadələrinin dinlənilməsinə başlanılıb.
Xatırladaq ki, cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Nizami Şirinov barəsində həbs qətimkan, digər 3 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Daha sonra məhkəməyə ifadə verən zərərçəkmiş Rahib Ağayev bildirib ki, 1992-ci ildən 2003-cü illərə kimi ayrı ayrı hərbi hissələrdə sürücü kimi fəaliyyət göstərib, daha sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun ailə sürücüsü kimi çalışıb: "Təqsirləndirilənlərdən Şirinov Nizami Talış oğlu, Elman Tahirov və Nadir Nəzirovu real həyatda görməmişəm, lakin qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayevlə görüşmüşəm. Mənə 2012-ci ildə zəng edərək Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırdılar. Üç gün zəng etdilər ki, gəlməlisən. Mənimlə telefonda danışan mayor rütbəsində Ruhlan Cəfərov idi. Ora gedəndə çağırılmağımın səbəbini soruşduqda dedilər ki, sən bir əsgərə saxta hərbi bilet düzəltdirmisən. Ruhlan məni saldı Elcanın otağına. Elcan qabağıma bir toplu sənəd atdı və dedi ki, bax, bu da sənin cinayət əməllərin. Məni bu yolla şantaj etdilər. Vətən xaini adı ilə səni tutacağıq. Sonra Ruhlanın otağına girdik, bir kağıza qırmızı rənglə yazılmış 150 min dolları uzatdı və mənə dedi ki, bunu verməlisən. Oradan çıxandan sonra məsələ ilə bağlı general Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra o dedi ki, nə deyirlər elə. Generalın mənə köməkliyi bundan ibarət oldu ki, 10 min manat verdi və 40 min manat da bir yaxından borc almağıma kömək etdi. Pulun 100 min dollarını düzəldərək Hərbi Əks-Kəşfiyyatının İdarəsinə apardım. Həmin pulu elə Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə məlumat verdim və köməklik etməsini xahiş etdim. O, bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərov “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Çıxanda Yaşar Aydəmirov dedi ki, pulu vermək lazımdır. Bir müddət keçmədi, zəng etdilər pulu verməsən sənə də, Yaşar Aydəmirova da pis olacaq. Mən bir təhər 27 min dollar pul taparaq "Qələbə" kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 400, bir neçə gün sonra isə 600 dolları eyni məkanda Ruhlan Cəfərova təqdim etmişəm. Ruhlanla hər bir görüşdə cibimdə gizli diktofon aparırdım və bütün səs yazıları durur.
Zərəçəkmişin sözlərinə görə, həmin ərəfədə onun evindən oğurluq edilib: "Evimdən gəlinimin qızılları oğurlandı, oğlumun toyunda Yaşar müəllimin qaynı qızı yoxa çıxdı, toyda tanımadığım şəxsləri gördüm, bundan başqa, hər gün məni qara plyonkalı maşınlar izləyirdi. Mənim qızım bunların ucbatından epilepsiya xəstəliyi tutdu. Qızımdan da nəvəmə keçdi. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Təbii ki, bütün bunlar məni qorxudurdu deyə mən pulları düzəldib borc-xərclə aparıb vermək məcburiyyətində qalırdım".
Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.
(Pravda.az)
Bölməyə aid digər xəbərlər

Tarix: 7-10-2021, 15:51 Oxunub: 251
Bölməyə aid digər xəbərlər
23-09-2021, 12:37
Polkovnik MTN generalına qarşı 800 minlik iddia qaldırdı
7-09-2021, 17:09
Baş Prokurorluq MTN generalı ilə bağlı məlumat yaydı
6-04-2021, 11:27
MTN generallarının həbs edilməsinin səbəbi AÇIQLANDI