15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
72 yaşlı MMC rəhbərinə 9 il həbs verildi

72 yaşlı MMC rəhbərinə 9 il həbs verildi

Rüşvət ittihamı ilə həbs edilən “Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən Z.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, MMC-nin vəzifəli şəxsləri barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Qaynar xəttinə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanılıb.

İbtidai istintaqla 72 yaşlı Zeynal Məmmədovun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxsləri həmin Cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə olunmasının həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Xatırladaq ki, Z.Məmmədov barəsində daha əvvəl də Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmışdı. Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilmişdi. Ona məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdi.

Təqsirləndirilən şəxs barəsindəki hökm əvvəlki cəza müddətinin çəkilməmiş hissəsi ilə qismən toplanaraq təyin olunub.


“Qafqazinfo”

Tarix: 19-10-2021, 13:46 Oxunub: 55


Bölməyə aid digər xəbərlər