02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Məhkəmə Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxslə bağlı qərar verdi

Məhkəmə Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

GununNebzi.az
xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci intansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Qəhrəmanlı xalası oğlu Ə. Ağayev tərəfindən zorlandığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Ə. Ağayev 4 ay həbs qətimkan tədbiri seçilib.

Tarix: 28-10-2021, 17:04 Oxunub: 158


Bölməyə aid digər xəbərlər