21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürdü

Bakıda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

GununNebzi.az-
ın xəbərinə görə, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.


(Report)

Tarix: 16-11-2021, 14:47 Oxunub: 184


Bölməyə aid digər xəbərlər