17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
15:48 / 13-11-2024
Çay sahilində meyit tapıldı - Foto
“Zəng etdi ki, general rütbəsi alıb, ona hədiyyə gətir”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
GununNebzi.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş adamı Hüseyn Səfərov ifadə verib.
O deyib ki, general Mövlam Şıxəliyev və digərləri 2008-ci ildə onu öz uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüblər: “Məni 67 gün MTN binasında İstintaq İdarəsində saxlayıblar. Müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolları toplanmasını gözləmişəm. Mövlam Şıxəliyev deyirdi ki, “pulu ver, səni buraxaq, nazirin göstərişidir”. Bunların dəstələrinin başçısı Eldar Mahmudov idi. Bu gün burada məhkəmə salonundakı dəmir qəfəsdə Mövlam Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir. Mənə qarşı cinayətdən onun məlumatı olub. Mövlam Şixəliyev məndən pulu tələb edəndə Eldar Mahmudovun adından danışırdı. Deyirdi ki, “nazir deyir 3 milyon versin, onu buraxaq”.
Zərərçəkmişin sözlərinə görə, söhbətlərin birində Mövlam Şıxəliyev ondan ən azı 2 milyon dollar verməsini tələb edib: “67 gün ərzində mənə hədə-qorxu gəlib təzyiq göstərdilər ki, pulu tez düzəldib verim. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Pulu alandan bir neçə gün sonra məni də buraxdılar. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin göstərişi ilə həkimlərdən rəy aldı ki, guya ağır xəstəyəm, buna görə barəmdə həbs qətimkan tədbirini dəyişdirdi. Cinayət işinin içində dediklərimi sübut edən telefon danışıqlarının çıxarışı var. Mən girov götürüləndə “Kapital Bank”da filial müdiri vəzifəsində işləyirdim. Qalan 350 min dolları verməsəm, məni və oğlumu həbs etməklə yenə də hədələdilər. Ailə üzvlərimə və yaxınlarıma həqiqətə uyğun olmayan ərizələr yazdırıb işə əlavə ediblər. Bu birbaşa sübutların saxtalaşdırılmasıdır.
2009-cu ilin mayında Vüsal Ələkbərov mənə zəng elədi ki, “Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir”. Mənə iki ədəd “Vertu” telefonu aldırdı. MTN-nin binasında Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6500 manat olan iki “Vertu”nu ona verdim. Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi ki, “Mövlam müəllimin ad günüdür, bahalı hədiyyə gətir”. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim”.
Hüseyn Səfərov deyib ki, Vüsal Ələkbərov hazırda da ona hədə-qorxu gəlir: “Deyir ki, “bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin. Məni Ali Məhkəmədən azad etdikləri kimi Mövlam müəllimi də azad edəcəklər”. Sizdən xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbiri seçməklə biz zərərçəkənlərə qarşı təzyiqlərinin qarşısını alasınız. Vüsal Ələkbərov mənə məhkəmə binası qarşısında hədə-qorxu gəlir. Ərizəmi geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir”.
Proses noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, general Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
“Qafqazinfo”
Bölməyə aid digər xəbərlər

Tarix: 16-11-2021, 18:03 Oxunub: 197
Bölməyə aid digər xəbərlər
5-11-2021, 18:00
General Mövlam Şixəliyevin ürəyi getdi
26-10-2021, 19:29
Mövlam Şixəliyevin zərərçəkənləri hakimə etiraz edib zaldan çıxdılar
15-09-2021, 11:17
General Mövlan Şıxalıyev 14 milyon manat rüşvət alıb