21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bankdan çıxan şəxsi izləyərək başından yaraladı - VİDEO

Bankdan çıxan şəxsi izləyərək başından yaraladı - VİDEO

Bakıda bankda pul xırdalayıb çıxan vətəndaşa qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə dekabrın 23-də Nizami rayonunda baş verib. Hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib.

Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Tarix: 30-12-2021, 16:36 Oxunub: 192


Bölməyə aid digər xəbərlər