21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Fevralda Bakının bir rayonunda 61 nəfər narkotikə görə tutulub

Fevralda Bakının bir rayonunda 61 nəfər narkotikə görə tutulub

Suraxanı rayonunda son 1 ayda odlu silah gəzdirən, narkotiklərin satışı ilə məşğul olan, oğurluq, quldurluq və soyğunçuluq cinayətləri edən 75 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılanlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluq edən 6 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.

Rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər. Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Tarix: 4-03-2022, 18:55 Oxunub: 120


Bölməyə aid digər xəbərlər