02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Zakir Sultanovun həbs müddəti yarıbayarı azaldıldı

Zakir Sultanovun həbs müddəti yarıbayarı azaldıldı

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun apellyasiya məhkəməsi keçirilib.

GununNebzi.az
xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bu gün baş tutan iclasa vəkil Vüqar Babayev müdafiə çıxışı edib. Daha sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5 il 6 aya endirilib.

Xəbəri rus dilində oxuyun: В Баку 8-летний школьник покончил с собой

Qeyd edək ki, Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla iş otağında tutulub. Rəsmi ittihama görə, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bu ilin yanvarında çıxardığı hökmə əsasən, o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Sabiq rəis məhkəmə istintaqı dövründə dövlətə vurduğu 5,3 milyon manat zərəri ödəyib. Belə ki, məbləğin 4 milyon manatı Zakir Sultanovun qardaşı tərəfindən DTX-nin depozitinə ödənilib. Qalan məbləğin əvəzində isə sabiq rəisin evindən çıxan, bank hesabında olan pullar, ona məxsus qızıl sikkələr, təsbəh, saat bilərzik və s. kimi əşyalar müsadirə edilib.

Tarix: 27-04-2022, 13:49 Oxunub: 33


Bölməyə aid digər xəbərlər