23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Rusiyada Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat etdi - Foto

Rusiyada Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat etdi - Foto

Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsi Məhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib.

gununnebzi.az xəbər verir ki, bu barədə vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə Elnur Hüseynov bildirib.

E.Hüseynov əlavə edib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı içtimai təşkilatlarından birinə çevrilib.

"Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi".

Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub.


Tarix: 8-06-2020, 13:00 Oxunub: 61


Bölməyə aid digər xəbərlər