20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR

Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR


Keçən ilin dekabr ayının 6-da saat 7 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində idarə etdiyi "Mitsubishi" markalı maşınla süpürgəçi qadını vurub öldürən Bakı şəhər sakini Dadaşov Samir Boris oğlu barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

BEŞ.AZ News24.az-a istinadən məlumatına görə, idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Almagül Pilağa qızı Muradovanı vurub öldürən sürücü barəsində Cinayət Məcəlləsinin 263.2-ci, yəni, ölümlə nəticələnən yol qəzası törətmə maddəsi ilə açılan cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məlum hadisə vaxtı xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Qəza Nizami rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Tarix: 2-05-2019, 11:07 Oxunub: 102


Bölməyə aid digər xəbərlər